Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xilaskar Prezidentimiz

0

  •         Hörmətli Prezidentimiz, Cənab Ali Baş Komandan İlham Əliyevin Türkiyənin A-Haber kanalına verdiyi müsahibə hər bir vətəndaşın qəlbinə əbədi həkk olundu. Azərbaycan Dövləti, Azərbaycan Ordusu xilakarlıq missiasını yerinə yetirir. Bizim işimiz haqq işidir. Biz əzəli torpaqlarımızı yağı düşməndən azad edirik. Düşmən cəbhədə məğlubiyyətini hiss edərək, öz çikin əməllərindən əl çəkmir. Mülki vətəndaşlarımıza qarşı qadağan olunmuş ağır silahlardan atəş açırlar. Namərd düşmən Azərbaycan Ordusu qarşısında tab gətirməyərək otuz il qurduğu səngərləri tərk edib qaçır. Onlar həm Gəncədə, həm də Tərtərdə insanlığa sığmayan cinayət törətdilər. Bu terrorun qisası cəbhə boyu gedən döyüşlərdə düşməndən beş qat alındı. Həmin cinayəti törədən qüvvələr cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.        Cənab Ali Baş Komandan onu da qeyd etdi ki, düşmənin bizə qarşı etdiyi cinayətə baxmayaraq, Biz mülki vətəndaşlara güllə atmırıq. Düşmənin baş naziri dünya ölkələrinin liderlərinə yalvarış etməsinə baxmayaraq, öz çirkin, terrorçu əməlindən əl çəkmir. Bu da onu göstərir ki, tarixən düşmən başqasının himayəsində yaşayaraq qəddarlıq əməlindən uzaq durmur. Cəbhə xəttindən uzaq məsafələrdə olan şəhərlərimiz ağır artilleriyadan atəşə tutulur. Namərd düşmən Gəncədə gecə yatmış dinc əhalini, Tərtərdə isə qəbirstanlıqda dəfn mərasimində iştirak edən mülki insanları atəşə tutması vəhşiliyin bariz nümunəsidir. Bu, insanlığa qarşı cinayətdir,bir daha Ermənistanın yırtıcı xislətini göstərir.        Cənab Prezident bildirdi ki, humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən hiyləgərlik edərək hücuma keçmişdir. Bu hücumun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmışdır. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu 90-cı illərin Ordusu  deyil. Azərbaycanın peşəkar zabitləri,əyilməz cəsur əsgəri var. Biz öz torpağımızı işğaldan azad edirik, başqa dövlətin torpağında gözümüz yoxdur. Faşist düşmən bunu nə qədər tez anlasa, onlar üçün daha yaxşı olar. Ərazilərimiz işğaldan azad olduqca, düşmən terror əməlindən əl çəkmir. Ali Baş Komandan” A-Haber” kanalının nəzərinə çatdırdı ki,dünya dövlətləri hələdə düşmənin bu vəhşiliyinə susaraq,göz yumur.        Bizim haqq-ədalət mübarizəmizi daima dəstəkləyən Mənim əziz qardaşım, Türkiyənin Prezidenti Rəcəb Təyyub Ərdoğanın söylədiyi fikir “Azərbaycan yalnız deyil” qiymətli ifadəsi heç bir zaman Azərbaycan xalqının qəlbindən,yaddaşından silinməyəcək. Biz “Bir Millət, İki Dövlət” qardaşlığını əbədi yaşadacağıq. Bu qardaşlıq heç nə ilə əvəz olunmazdı. Türkiyə dövlətinin daima yanımızda olması, düşməni maliyələşdirən dövlətlərə ciddi mesajdı.        Cənab Prezident vurğuladı ki, humanitar atəşkəs olunmasına səy göstərən bəzi dövlətlər düşmənin silahlanmasına şərait yaradır. Bu da Azərbaycan xalqı tərəfindən mənfi qarşilanır. Ali Baş Komandan bildirdi ki,ərazi bütövlüyümüz tam təmin olunmayınca dayanmaq yoxdur.        Cənab Ali Baş Komandan müsahibəsində onu da qeyd etdi ki, Azərbaycan Ordusu Tariximizə Şanlı səhifələr yazaraq, şəhərlərimizi, kəndlərimizi işğaldan azad edərək irəli gedir. Bayrağımız həmin ərazilərdə dalğalanır. Yaxın günlərdə Qələbə Zəfərini yaşayacağıq. Tezliklə Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda dalğalanacaq!      Eşq olsun Azərbaycan Ordusuna! Xalqımızın Həmrəyliyi Əbədi Olsun! Ulu Tanrı Ali Baş Komandanımızı qorusun! Qarabağ Azərbaycandır! Tahir Həsənov, Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib39 dəfə
    Xilaskar Prezidentimiz

    Maraqlı gələ bilər
    88
    107
    37
    9
    74